Binəqədi rayonunda soyğunçuluq törədən şəxs saxlanılıb

Binəqədi rayonunda soyğunçuluq törədən şəxs saxlanılıb

Bakı, 7 avqust, AZƏRTAC

Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobil təmiri sexində işləyən F.Məmmədov rayon polis idarəsinin 5-ci polis bölməsinə müraciət edərək avqustun 6-da içərisində pulu və sənədləri olan pulqabısının bir nəfər tərəfindən açıq talama yolu ilə aparıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Alyasov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: azertag.az