Tovuz şəhidlərinin xatirəsi əbədiləşdirildi - FOTOLAR

Tovuz şəhidlərinin xatirəsi əbədiləşdirildi - FOTOLAR

12-16 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi əbədiləşdirilib.

Publika.az xəbər verir ki, Tovuz rayonunun Əyyublu kəndində şəhidlərin fotolarından ibarət guşə yaradılıb, üzərində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı yazılmış abidə ucaldılıb. Həmçinin şəhidlərin fotolarının yanında onlar barədə məlumat da yazılıb.

Qeyd edək ki, fotoları tanınmış jurnalist Bəxtiyar Əlirzayev paylaşıb.

Mənbə: publika.az