32 bölgədə yenidən karantin elan edildi - DİN MƏLUMAT YAYDI

32 bölgədə yenidən karantin elan edildi - DİN MƏLUMAT YAYDI

Türkiyənin bəzi bölgələrində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində karantin qaydaları yenidən bərpa edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün etibarilə 32 vilayətdəki 4 mahal, 37 kənd, 39 məhəllə və 3 prospekt olmaqla, ümumilikdə 83 yaşayış bölgəsi karantinə alınıb.

Karantin tədbirləri tətbiq olunan bölgələrdə 54 min 53 nəfər yaşayır.

Mənbə: publika.az