Livan Prezidenti: Partlayışda xarici müdaxilə ehtimalı da var

Livan Prezidenti: Partlayışda xarici müdaxilə ehtimalı da var

Livan prezidenti Mişel Oun carı ayın 4-də Beyrutda baş verən misli görünməmiş partlayışın xaricdən hücum ola biləcəyini istisna etməyib...

Livan prezidenti Mişel Oun carı ayın 4-də Beyrutda baş verən misli görünməmiş partlayışın xaricdən hücum ola biləcəyini istisna etməyib.

İnterAz Reuters-ə istinadla xəbər verir ki, Livan prezidenti ilk dəfə olaraq Beyrut partlayışının hücum ola biləcəyini dilə gətirib.

Livan prezidenti hələ hadisənin səbəbinin naməlum olduğunu bəyan edib.

O deyib:

“Üzücü fəlakətin səbəbi hələ naməlumdur. Burada bir ehtimal da var ki, hadisənin səbəbi xaricdən müdaxilə və hücum da ola bilər.”

Qeyd edək ki, bu hücum indiyədək 154 nəfərin ölümünə səbəb olub. Dörd mindən çox insan yaralanıb və xəsarət alıb.

 

Mənbə: www.interaztv.com