Bakı-Quba yolunda ciddi tıxac müşahidə olunur

Bakı-Quba yolunda ciddi tıxac müşahidə olunur

Bakı şəhərinin Quba-Qusar istiqamətində çıxışında ciddi tıxac müşahidə olunur. Bu barədə SİA-nın hadisə yerində olan əməkdaşı xəbər verir. Hazırda sürücülər postlardakı vəziyyətə etiraz əlaməti olaraq fasiləsiz maşın siqnallarından istifadə edirlər. Həftə sonu ilə əlaqədar Bakı şəhər əhalisinin bir hissəsi bu istiqamətdə olan rayonlarda dincəlməyə üstünlük verir. Qeyd edək ki, pandemiya ilə əlaqədar ölkəmizin bəzi şəhər və rayonlarında tətbiq olunan karantin rejimi ilə bağlı olaraq Bakı şəhərinin bütün çıxışlarında polis postları fəaliyyət göstərir.

Mənbə: sia.az