Vaqif Nəcəfovun TƏBİB-ə ərzi- halı

Vaqif Nəcəfovun TƏBİB-ə ərzi- halı

Dərdimizə dərman əvəzinə başımıza bəla oldun,ey TƏBİB! Bütün dünyanı səyahət edən koronavirus ölkəmizi də aguşuna aldı. İndi hər mənzilin qapısında pusquda duran bu virus başımıza bəla olub. Avropalılar artıq bu virusla dostlaşmış kimi, birgə yaşamagın yolunu tutnuş kimi görünürlər. Biz isə "səninlə birgə yaşaya bilmərik, korona"- deyirik, - sən ermənidən də betərsən, iqtisadiyyatımız məhv olsa, hər şeyimizi itirsək belə, səninlə dost ola bilmərik. Biz evdə qalmaqla öz əcəlimizlə ölməyə razı olarıq və ölürük də, amma sənin əlinlə ölmək istəmirik, korona". Artıq mart ayından başlayaraq ölkəmizin ən iri sənaye şəhərləri olan Bakıda, Sumqayıt, Gəncə, Mingəçevir və digər rayonlarda iqtisadiyyat iflic vəziyyətinə dogru irəliləyir. Ərzaq dükanları və apteklər istisna olmaqla, digər sahələr qapadılıb, kiçik, orta və iri biznes sahələri əlacsız duruma düşüb, minlərlə insan işsiz-güçsüz qalıb. Bəzi sahibkarlar bonkrot olub borclanmaya düşüb, digərləri isə ayaqüstə qalmaq üçün olan-qalan bizneslərini qonşu ölkələrə köçürməkdə qərarlıdır və onları qınamaq da olmur. Bəziləri avqustun 5-ni sahibkarlar üçün azacıq da olsa şans kimi dəyərləndirilirdi. Di gəl, bu tarixdən yumşalmanı gözləyənlər bir daha yanıldılar, ayın axırınadək karantinin uzadılması isə onların bəzilərinin şələ-şülələrinin yıgışdırmasını bir az da sürətləndirdi. Qonşu ölkələr, o çümlədən avropalılar artıq korona ilə birgə yaşmaga, onunla dost olmaga qərar veriblər. Başqa çarələri də yoxdur. Artıq həmin ölkələrdə iqtisadiyyat yavaş-yavaş öz axrına düşüb və insanlar bütün sanitar- gigenik qaydalara əməl etməklə virusa qalib gəlməyin bəlkə də ən düzgün yolunu seçiblər. Bəs bizim TƏBİB hansı yolu seçib, indi deyəcəyəm. Bu günlərdə TƏBİB-n başbiləni deyib ki sentyabr ayında koronavirusun iknici dalgası gəlir və buna hazır olmaq lazımdır. Sizi çimərliyə buraxdıq ki, bir az dəniz havası alasınız.Onsuz da bilirəm, avqust ayı soyuq keçəcək, çimmək söhbəti olmayacaq. Odur ki evdə qal, hara getdin orda qal, orda ol- söhbətləri qüvvəsində qalır. İş adamlarının isə olan- qalan ümüidləri bununla da puç oldu.TƏBİB-in sözündən belə çıxdı ki, virus hələ burada qalacaq, işinizi ehtiyyatlı tutun, gedən getsin, qaln da özü bilər. İndi papagımı qabagıma qoyub fikirləşirəm. Axı sən neylədin, ey TƏBİB, qaş düzəldən yerdə vurub göz çıxartdın. Axı bu çörək axtaran, çoxusu günəmuzd işləyən insanları niyə didərgin saldın? Dərdimizə dərman əvəzinə başımıza bəla oldun, ey TƏBİB. Vaqif Nəcəfov

Mənbə: polemik.az