Dünyada koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 20 milyona yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı 19 430 775 nəfər təşkil edir. “Qafqazinfo” bildirir ki, bu barədə “Worldometers”də məlumat verilib.

Bununla yanaşı, 12 463 262 xəstə sağalıb, 720 716 nəfər vəfat edib.

Dünyada 6 246 797 aktiv koronavirus xəstəsi var ki, onlardan da 65 154-nün vəziyyəti ağır qiymətləndirilir.

Mənbə: qafqazinfo.az