BNA-nın qaynar xəttindən şikayət:

BNA-nın qaynar xəttindən şikayət:


Teref.az yazır ki, şikayətçi Azər Nur Hüseyn Bakı Nəqliyyat Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şikayətçidir. Azər Nur Hüseyn şikayətində yazır:
Hörmətli Bakı Nəqliyyat Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi! Siz özünüz saat 18:00-da "dükkanı" bağlayıb getdiyiniz üçün sizin qaynar xəttiniz və bəzi Marşrutlarınız bundan sui istifadə edir.
Belə ki, sizin qaynar xəttiniz sizin kimi saat 18:00-a qədər işləyir. Bəlkə də evə sizdən tez çatır.
Hansı ki, "qaynar xətt" deyilən bu şey 7/24 fəaliyyət göstərməlidir. 79 və 18 nömrəli marşurut xətləriniz bu pandemiya dövründə, metroların işləmədiyi bir vaxtda Nəsimi metrosu ərazisində saat 23:00 olmamış " DEPO" yazısını yapışdırır avtobusun üstünə və yatmağa gedirlər. Siz əgər bunu tənzimləyə bilmirsinizsə xahiş edirik onlardan tez yatmayın!
Hörmətlə: Azər Nur Hüseyn
Teref.az olaraq adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

Mənbə: teref.az