Azərbaycanda avtomobil yolu keçən piyadanı vurdu - VİDEO

Azərbaycanda avtomobil yolu keçən piyadanı vurdu - VİDEO

Kürdəmirdə piyadanın xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Kürdəmir rayonunun Qarasu kənd sakini, 60 yaşlı Saməddin İbrahimov prospektdə sükan arxasında hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakini Əli Abbasovu vurub.

Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti orta-ağır olduğundan, Travmatalogiya şöbəsinin Reanimasiya bölməsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.oxu.az