Marneulidə Qədir-Xum günü münasibətilə bayram tədbiri keçirilib

Marneulidə Qədir-Xum günü münasibətilə bayram tədbiri keçirilib

Marneuli rayonunun Daştəpə kəndində Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib...

Marneuli rayonunun Daştəpə kəndində Qədir-Xum bayramı münasibəti ilə tədbir keçirilib.

İnterAz xəbər verir ki, Marneuli rayonunun Daştəpə kəndində Quran tilavəti ilə başlanan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Gürcüstanın dəyərli ruhaniləri çıxış ediblər.

Çıxış edənlər bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, bu böyük bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. Allahın Peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini və Peyğəmbərimizin (s) əmanətləri qarşısında müsəlmanların üzərinə düşən öhdəlikləri açıqlayıblar.

Tədbirdə adları Əli olanlara hədiyyə, tədbir iştirakçılarına isə poster və praşurlar təqdim olunub. Nəhayət, şeir və İlahilərlə davam edən tədbir Fərəc duasının oxunması ilə başa çatıb. Sonda tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Mənbə: www.interaztv.com