“Avtobuslardakı sıxlıqlar günün pik saatlarında müşahidə edilir” – Operativ Qərargah

“Avtobuslardakı sıxlıqlar günün pik saatlarında müşahidə edilir” – Operativ Qərargah

Nəqliyyatda sıxlıq var. Gündəlik 600 min sərnişinin daşındığı metro 1 aydan çoxdur ki, bağlıdır.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, bununla bağlı qarajlardakı bütün avtobuslar sərnişindaşınmasına cəlb olunub:

"Avtobuslardakı sıxlıqlar günün pik saatlarında müşahidə edilir. Ona görə xahiş edirəm ki, evdən çıxmaq məcburiyyəi olmayanlar o saatda evdən çıxmasınlar. Amma daha çox avtobusların sayını bundan çox artıra bilmərik".

 

Mənbə: modern.az