Prezidentin köməkçisi kartı bloklanan şəxslərdən danışdı

Prezidentin köməkçisi kartı bloklanan şəxslərdən danışdı

"Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli ehtiyacı yoxdur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov 190 manatlıq birdəfəlik yardım verilən və pulu çıxarmadığı üçün kartı bloklanan şəxslərdən danışıb:

"Biz ehtimal edirdik ki, 190 manatlıq yardıma insanların o qədər ehtiyacı yaranacaq ki, həmin dəqiqə xərcləyəcəklər. Amma bir çox şəxs həmin puldan heç 1 manat da nağdlaşdırmayıb, xərclənməyib. Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli ehtiyacı yoxdur. Həmin 190 manatı isə dövlət daha yararlı sahəyə xərcləyir".

Murad Əhməd

Mənbə: qafqazinfo.az