"Yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır" — TƏBİB rəsmisi

"Yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır"    — TƏBİB rəsmisi

“Hazırda Çindən və İtaliyadan Azərbaycana işçi qruplar gəlib. Biz onlarla sıx əməkdaşlıq edirik”. Demokrat.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır: “Onlayn rejimdə postsovet ölkələrinin həkimləri ilə də müzakirə olunur. Bu xəstəliklə bağlı təcrübəsi daha çox ölkələrin mütəxəssislərini dəvət edirik və təcrübə mübadiləsi aparırıq”. (“Report")

Mənbə: demokrat.az