Koronavirusun qeyri-adi əlaməti - Ağlınıza da gəlməz

Koronavirusun qeyri-adi əlaməti - Ağlınıza da gəlməz

Daimi hıçqırıq koronavirusun əlamətlərindən biri ola bilər.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "The American Journal of Emergency Medicine" jurnalında dərc olunan hesabatda deyilir.

Belə ki, hesabatda həkimlər şəkərli diabet, hipertoniya və işemik ürək xəstəliyindən əziyyət çəkən 62 yaşlı çikaqolu pasientin xəstəliyinin gedişatını təsvir ediblər.

Aprel ayında o, dörd gün bitmək bilməyən hıçqırıqdan şikayətlə həkimlərə müraciət edib. Lakin öskürək, yüksək qızdırma, burun tutulması, boğaz, yaxud sinə ağrısı və nəfəs darlığı kimi koronavirusun əsas simptomları həmin şəxsdə müşahidə olunmayıb.

Bunlara baxmayaraq, qızdırması 37,3 dərəcə olan xəstənin "COVİD-19" testi müsbət çıxıb, rentgen müayinəsində isə ağciyərlərində kiçik qaralma aşkarlanıb.

Koronavirus xəstələri yatan şöbəyə yerləşdirilən xəstənin vəziyyəti pisləşib. Lakin üç gün müalicə aldıqdan sonra vəziyyəti stabilləşən xəstə evə buraxılıb.

Natəvan Baxşiyeva
 

 

Mənbə: big.az