250 manat kimlərə veriləcək? - Rəsmi

250 manat kimlərə veriləcək? - Rəsmi

Sahibkarlara pandemiya ilə bağlı yardım yalnız vergi ödəyicilərinə veriləcək.

Axar.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqindı deyib:

"Burada ən əsas prioritet işçi sayında ixtisara yol verməyənlər nəzərə alınacaq. Eyni zamanda 250 manat yardım mikrosahibkarlara veriləcək.

Bəzən vergi ödəyicilərinin qeydiyyat kodu, qeydiyyat sahəsində problemlərlə rastlaşırıq. Bu səbəbdən onlardan xahiş edirik ki, müraciət edib, bu problemləri həll etsinlər. Yalnız bu halda yardımdan faydalana bilərlər".

O qeyd edib ki, pandemiya və postpandemiya dövründə dövlətin məqsədi iqtisadiyyatı dəstəkləyib, xarici investisiyaların Azərbaycana vəsait ayırması üçün ünvanl tədbirlər görməlidir: "Hazırda investisiyaların dəqiq rəqəmi ilə bağlı proqnoz vermək mümkün deyil. Pandemiya dövründə bir sıra xarici investorlarla müzakirələr aparılır. Bir çox xarici investisiya şirkətləri Azərbaycana investisiya qoymaq marağındadır. İlkin danışıqlar aparılır. Cənab prezidentin fərmanı ilə də Dövlət İnvestisiya Fondu yaradıldı və məqsdən investisiyaların artırılması və iqtisadiyyata müsbət təsirini artırılıb, genişləndirilməsidir"

Mənbə: axar.az