İnterpol Beyruta ekspert qrupu göndərir

İnterpol Beyruta ekspert qrupu göndərir

Eastnews.org-un verdiyi xəbərə görə, İnterpol Beyrutdakı partlayışda həyatını itirənlərin şəxsiyyət araşdırmalarında iştirak etmək üçün ekspert qrupu göndərəcəyini açıqlayıb.

İnterpol tərəfindən yayımlanan açıqlamada "Livan rəhbərliyinin tələbi ilə İnterpol Beyrutda 150-dən çox insanın ölümünə səbəb olan və şəhərin böyük bir hissəsini məhv edən partlayışdan sonra mütəxəssislərdən ibarət qrupu təyin edir", - ifadələri yer alıb.

Açıqlamada beynəlxalq qrupun şəxsiyyəti müəyyənləşdirən mütəxəssislərindən ibarət olduğu ifadə edilib.

İnterpolun baş katibi Yurgen Stok "İnterpolun bu cür yardım təcrübəsi milli hakimiyyət orqanlarına çox kömək edə bilər və biz Livanın istədiyi hər cür yardımı təşkil etməyə davam edəcəyik", - deyə bildirib.

Mənbə: SputnikNews

Mənbə: eastnews.org