“Pandemiyanın bilavasitə təsirini, həm də ikinci dərəcəli təsirlərini azaltmaq üçün xüsusi tədbirlər hazırlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bunların hamısı vaxtında icra olunmaqdadır:
“Yeni zərərçəkmiş sahələrin üzərində iş gedir. Təbii ki, pandemiya uzandıqca bir çox sahələrə təsir edir və biz bunu nəzərə almalıyıq”.
İlhamə Əbülfət
Mənbə: www.oxu.az