TƏBİB: Biz vətəndaşdan xaricə səyahət edib-etməməsini də soruşurduq, hazırda isə bu suallar effektivliyini itirib

TƏBİB: Biz vətəndaşdan xaricə səyahət edib-etməməsini də soruşurduq, hazırda isə bu suallar effektivliyini itirib

“Epidemioloqlar hər hansı bir xəstəliyin epidemioloji nəzarətini aparanda onu obliqrat qruplar üzrə aparmırlar”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər bir hadisənin açıqlaması var: “Bu gün COVID-19 xəstəliyinin şübhəli hal açıqlaması var. Bu, bir və ya bir neçə şəxsin gördüyü işlə əlaqəli deyil. Onun klinik vəziyyəti ilə əlaqəlidir”.

Şöbə müdiri qeyd edib ki, bu gün şübhəli hal qızdırması, eyni zamanda nəfəs darlığı, öskürəyi olan şəxslərə aiddir: “Bu şəxslər də sahə həkimlərinə müraciət edirlər. Bundan sonra pozitiv hal aşkar olursa, epidemioloqlar pozitiv halın çıxmasında 2 gün öncə vaxt kəsiyini götürərək onun təmaslarını təyin edirlər. Bu təmasın müəyyən olunması epidemioloqların ən vacib işlərindən biridir. Əgər biz əks-epidemik tədbirlər görürüksə, tam olaraq obliqat qrup demək doğru olmur. Biz bu məsələni çox müzakirə etmişik. Hətta tibb işçilərinin tez-tez yoxlanması və obliqat qrup olması bir çox ölkədə müzakirə edilir. Burada daha çox bizi vətəndaşın klinik vəziyyəti maraqlandırır. Hətta biz epidemioloji anamnezi də bu anlayışın içərisinə qoyurduq. Epidemioloji anamnez bizim üçün o vaxt əhəmiyyətli idi ki, bəzi ölkələrdə xəstəlik yayılmışdı, bəzisində yayılmamışdı. Biz vətəndaşdan xaricə səyahət edib-etməməsini də soruşurduq. Amma hazırda bu suallar öz effektivliyini itirib”.

Mənbə: apa.az