Prezidentin köməkçisi: “Əsas məsələ bu vəziyyətdən hansı itkilərlə çıxmağımızdır”

Prezidentin köməkçisi: “Əsas məsələ bu vəziyyətdən hansı itkilərlə çıxmağımızdır”

“2020-ci il çox qeyri-adi ildir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, hamı bir az da səbrli olmalı, virusun yoluxmasının sürətinin azalması üçün əlindən gələni etməli, qaydalara əməl etməli, hökumətə, dövlətə bu proseslərin qarşısını almaqda yardımçı olmalıdır: “Tam əminəm ki, biz bu vəziyyətdən çıxacağıq. Əsas məsələ hansı itkilərlə bu vəziyyətdən çıxmağımızdır. İtkilərin az olması üçün hamını səfərbər olmağa çağırıram”.

Mənbə: apa.az