“Lukaşenkoya hörmət edirik, amma…” – Rusiyadan şok qərar

“Lukaşenkoya hörmət edirik, amma…” – Rusiyadan şok qərar

Prodüser İosif Priqojin rusiyalı sənətçilərin prezident seçkiləri ərəfəsində, Belarusda keçiriləcək konsertlərdə iştirak etməkdən imtina etdiyini, çünki namizədlərdən hər hansı birinin seçki kampaniyasında iştirak etmək istəmədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı Valeriya ilə birlikdə Belarusa getməkdən imtina etdiklərini də deyib.

“Rus sənətçilər, yəqin ki, namizədlərdən heç birinin siyasi seçki kampaniyasında iştirak etmək istəmir. Bu normal haldır. Başqa bir tərəfdən isə tənqidlərə məruz qalmamaq üçün bunu istəməyə bilərlər. Bu, əlbəttə ki, sevdiyimiz başqa bir dövlətin daxili işidir. Şəxsən mən Aleksandr Qriqoryeviçə (Lukaşenko) hörmət edirəm. Söhbət puldan da getmir, amma sual ondan ibarətdir ki, insanlar sadəcə siyasətə qarışmaq istəmirlər”, - Priqojin söyləyib.

Avqustun 8-də Belarusun bir neçə şəhərində yerli və xarici estrada ulduzlarının, o cümlədən Rusiya və Ukraynadan olan sənətçilərin iştirakı ilə bir sıra konsertlərin keçirilməsi planlaşdırılır. Ancaq tədbirdən bir neçə gün əvvəl bir çox rus sənətçi çıxış etməkdən imtina edib. Onların arasında Leonid Aqutin, Qriqori Leps, Stas Pexa, Yulianna Karaulova, Tina Karol, “Kar-Men”, “Kraski” və “Rasa” qrupları var.

Əlavə edək ki, ötən həftə Minskdə Rusiyaya bağlı “Vaqner” silahlı qrupunun üzvləri saxlanıldıqdan sonra iki ölkə arasında gərginlik yaşanır. Belarusdan Rusiyaya qarşı çevrilişə cəhd ittihamları var.

 

Mənbə: teleqraf.com