Rusiyada daha 5212 nəfər koronavirusa yoluxdu

Rusiyada daha 5212 nəfər koronavirusa yoluxdu

Rusiyada son bir gündə ölkənin 85 bölgəsində 5212 yeni koronavirus infeksiyası aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə 8 avqust şənbə günü Əməliyyat Qərargahının Telegram kanalında məlumat verilib.

Yoluxanların əksəriyyəti Moskvada (691), həmçinin Sverdlovsk (178) və Moskva (161) vilayətlərindədir.

Onları Sankt-Peterburq (155), Stavropol diyarı (137) və Rostov vilayəti (129) izləyir.

Son dövrlərdə ən az yoluxma hadisəsi Çukotka (1) və Nenets (3) Muxtar Dairələrində, həmçinin Sevastopolda (3) və Yəhudi Muxtar Vilayətində (4) qeydə alınıb.

Bundan əlavə, son bir gündə 6615 nəfər sağalıb və xəstəxanadan buraxılıb. Beləliklə, sağalan xəstələrin sayı 690 207-ə qədər artıb.

Ümumilikdə, pandemiya başlayandan bu yana 882.347 rusiyalı koronavirusa yoluxub, 14,854 nəfər ölüb.

Daha əvvəl məlum olub ki, Rusiyada koronavirus üçün dərman patentləşdirilib. Söhbər koronavirus infeksiyasından fəsadların qarşısını ala və ya yüngülləşdirə bilən “Leytragin” dərmanı haqqında gedir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az