Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 8 avqust, AZƏRTAC

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir rayonunun Şüşün kəndi ərazisində yolu keçən kənd sakini Fariz İbrahimov Sabirabad rayon sakini N.Bağırovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillə vurub. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.

Sürücü və piyada xəsarətlə xəstəxanaya yerləşdiriliblər. F.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az