Beyləqan rayonu ərazisindən avtomobil qaçıran keçmiş məhkum tutulub

Beyləqan rayonu ərazisindən avtomobil qaçıran keçmiş məhkum tutulub

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 6-da Beyləqan rayonunun Eyvazallar kəndi ərazisindən Ağcabədi rayon sakini Z.Həsənovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Q.Həsənli polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun daha bir ”VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az