Binəqədi rayonunda avtomobillərdən oğurluq edən Beyləqan rayon sakini yaxalanıb

Binəqədi rayonunda avtomobillərdən oğurluq edən Beyləqan rayon sakini yaxalanıb

Bakı, 8 avqust, AZƏRTAC

Paytaxtda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda O.Nəsirova və T.Məmmədova məxsus avtomobillərdən maqnitofon, səsgücləndirici və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini V.Şumalov Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az