Nə zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

Nə zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

 Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir.

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur.

Mənbə: sputnik.az