Kafe və restoranlar avqustun 17-də açıla bilər - Rayonlara gediş-gəliş nə vaxt mümkün olacaq?

Kafe və restoranlar avqustun 17-də açıla bilər - Rayonlara gediş-gəliş nə vaxt mümkün olacaq?

Operativ qərargahın növbəti brifinqi keçirilib.

Qeyd olunub ki, 2020-ci il qeyri adi ildir. hamı bir az da səbrli olmalı, virusun yoluxmasının sürətinin azalması üçün əlindən gələni etməlidir.Brifinqdə həmçinin növbəti yumşalma tədbirləri ilə bağlı bəzi anonslar verilib.Daha ətraflı sujetdə..

Bir çox sahələrin fəaliyyətinə icazə verildikdən sonra virusa yoluxma riski artır. Bunlar nəzərə alınaraq addım-addım yumşalmalara gediləcək. bu barədə danışan Prezidentin köməkçisi Şahmar Mövsümov qeyd etdi ki, Bu gün Baş nazirin rəhbərliyi ilə böyük iclas keçiriləcək. bütün icra qurumlarına tapşırıqlar veriləcək. Növbəti həftələrdə, isə avqustun 17-dən açıq havada kafe və restoranlar açıla bilər.

Şahmar Mövsümov - prezindetin köməkçisi

Kafe restoranların açıq hissəsində açılması müzakirə olunur.növbəti mərhələdə rayonlar gediş gəliş müzakirə olunur bunlar növbəti addımlar siyahasındadır bir əsas şərt sanitar vəziyyətdir.bizdə yoluxma yoluxma az olsa biz həmin nəzarəti növbəti yumşalmalara gedəcəik edə bilməsək ya saxlamalı olacıq yada gedə bilməyəcəik

Toylarla bağlı məsələyə toxunuldu

Brifinqdə həmçinin toylarla bağlı məsələyə də toxunuldu. İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirdi ki, prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib. Maliyyə dəstəyi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək. Toylarla bağlı qərar isə 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək.

Rövşən Nəcəf - nazir müavini

Toy tədbirləri burda çoxlu insan bir qapalı məkana toplanır bu qərar 1-2 mərəhələdə olmasa sonra veriləcək. Hər şey asılı olacaq sosial epidemiya vəziyyətdən. Vergi ödəyəcilərinə onların ştat sayına uyğunj aylıq əmək haqqı məbləğində ödəniş kiçik sahibkarla ən çox zərər çəkənlərə 250 manat yardım edilməsi qərar təsdiq edilib.

Prezindetin köməkçisi həmçinin Naxçıvan və beynəlxalq istiqamətlər üzrə uçuşların arıtırlması məsələsinə də toxundu.

Şahmar Mövsümov - prezindetin köməkçisi

Bugün bunun artırılması müzakirə edilir.yaxın zamanda qərar veriləcək. Son zamanlar arqument vardı insanlar Bodrum Anatlaya bilet alıblar gedə bilmirlər burda ciddi arqument var.biz öz rayonlarımıza imkan açmıçırıqsa kimsə getsin niyə xaricə etməliyik iki proses bir olmalıdır

İqtisadiyyat nazirinin müavini onu da əlavə etdi ki, biznes subyektləri yeni tələbləri nəzərə almaqla fəaliyyətlərini qurmalıdırlar.

Rövşən Nəcəf - nazir müavini

Biznes təsərrüfat subyektlərindən vətəndaşlardan qaydalara əməl etməyi xahiş edirik. Dövlət nəzarəti də tətbiq olunacaq Hazırda cərimələrin sərtləşməsi daha sərt cərimə sankisaiya digər vasitələrlər cəzalandırlma ilə bağlı müzakirə aparılır.

Brifinqdə o da qeyd olundu ki, həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir. virusun yayılmasına təsir edən bir nömrəli amil insanların hərəkətidir. Bu gün metronun açılması müzakirə mövzusu deyil.Tədrislə bağlı məsələ isə hazırda müzakirə edilir və beynəlxal təcrübə öyrənilir. Növbəti həftə bununla bağlı məlumat açıqlanacaq.

atv.az

Mənbə: www.atv.az