ÜST bu tarixləri maska taxılma günləri elan etdi-VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 avqust maska taxmaq həftəsi elan olunub. Hazırkı vəziyyətdə can alan bu virusdan yalnız tibbi maskadan istifadə etməklə qoruna bilərik. Yoluxma sayı azala bilər. Lakin bu arxayınlıq yaratmamalı və qoruyucu maskaya olan münasibət dəyişməməlidir. Avropada müşahidə edilən vəziyyət bunu açıq aydın göstərir . Burada maskadan istifadə edənlərin azalması ilə yoluxma sayı yenidən artdı.

Tibbi maskadan istifadə edilməməsi ciddi fəsadlara səbəb ola bilər.Ümumdünya səhiyyə təşkilatı həyəcan təbili çalır.

Yoluxmanın aşağı olduğu ölkələrdə aparılan araşdımalar onu göstərib ki,alovlanmaaya əsas səbələrdən biri tibbi maska istifadə edənlərin az olmasıdır.Halbuki mövcud vəziyyətdə virusdan qorunmağın əsas yolu tibbi maskadan istifadə etməkdir.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Sədrəddin Atakişizadənin sözlərinə görə,maskadan istifadə hallarının azaldığı ölkələrdə yoluxmanın artması göz qabağındadır.Bəzi avropa ölkələrində yoluxma sayının azalması ilə maskadan istifadə edənlər də azaldı.Lakin bu gün həmin ölkələrdə virusun yenidən sürətlə yayılması bu addımın nə qədər yanlış olduğunu birdaha sübut etdi..

Hələ də 3 əsas şərt koronavirusda vacib element sayılır.Əllərin dizinfeksiya edilməsi,sosial məsafənın qorunması və maska taxılması....Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub. Bu çağırışla dünyada virusa yoluxan insanların sayınına azaldılması hədəflənir..


Sonxeber.az Telegramda izləyin
 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

SONRAKI XƏBƏR

Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər...