Maşın hasara çırpıldı, sürücü xəsarət aldı - Foto

Maşın hasara çırpıldı, sürücü xəsarət aldı  - Foto

Qaxda qəza olub, sürücü xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospekti ilə İsmayıl Dağıstanlı küçəsinin kəsişməsində baş verib. Belə ki, Qax şəhər sakini, 1977-ci il təvəllüdlü Əzizov Ramin Cəlal oğlu idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını hasara çırpıb. Hadisə nəticəsində sürücü aldığı ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Mənbə: qafqazinfo.az