XƏBƏRDARLIQ: "Vətəndaşlarımız buna əməl etməsə, böyük risklər yaranacaq" - AÇIQLAMA

Artıq iki gündür çimərllklərdə müşahidə edilən ciddi sıxlıq yoluxma təhlükəsini artırır.

Çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul etsə də, ciddi problemlərin əsası qoyulur.

Doğrurudur, çimərliklərdə təmizlik təmin olunur, təhlükəsizlik tədbirləri həyata keçirilir. Amma görünən odur ki, sakinlər çimerlik.az saytına müraciət etmədən çimərliklərə gedir ki, bu da sıxlıq və təhlükə yaradır.

Bununla bağlı KONKRET.az-a danışan Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərin tabeliyində olan qurumlar tərəfindən mütəmadı şəkildə nəzarət, çimərliklərdə mövcud vəziyyətin hansı istiqamətdə getdiyi ilə bağlı monitorinq aparılır: “Vətəndaşlarımıza məlumat olaraq bildirmək istəyirik ki, çimərliyə üz tutmamışdan öncə cimerlik.az saytına müraciət etsinlər.

Bu sayt vasitəsilə insanlarımız boş yerlər olan çimərliklər barəsində məlumat əldə etsinlər. Əks təqdirdə çimərliklərdə arzulanmayan sıxlığın olması qaçılmaz olacaq. Qeyd edim ki, vətəndaşlarımız buna əməl etməsə, böyük risklər yarana bilər. Bu baxımdan əməkdaşlarımız çimərliklərdə təmizliyin qorunub saxlanılması, vətəndaşlara qoyulan qaydala əməl etməkləri ilə bağlı mütəmadı olaraq səsgücləndiricilər vasitəsilə insanlara məlumatlar verirlər. Çimərliklərdə tullantılar vaxtında daşınır.

Amma yenə müraciət edərək bildirmək istəyirəm ki, əgər biz gündəlik koronavirusa yoluxanların sayının artmasını istəmiriksə, müəyyən olunmuş qaydalara uyğun çimərliklərə üz tutmalıyıq. Bununla bağlı da vətəndaşlarımızdan diqqət, həssaslıq və məsuliyyətli olmaqlarını tələb edirik”.

Müsahibimiz onu da vurğuladı ki, Bakıda kifayət qədər çimərlik var. Sakinlərdən tələb olunan odur ki, sıxlıq olmayan çimərliklərə getmək daha məqsədəuyğundur və təhlükəsizdir.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyəyə istirahətə getmək istəyənlərin sayı artıb - Tur paketlərin qiymətində artım nə ilə əlaqədardır?

SONRAKI XƏBƏR

Bərdə rayonunda daha 60 evə qaz verilib - Fotolar