Türk professor: "Hər ölkədə xəstəliklə deyil, tədbirlərlə savaşan qruplar var"

"İctimai mediada ""Covid-19" riski şişirdilir" fikirinə diqqət yetirmək lazım deyil"

Türkiyənin Hacettepe Universitetinin professoru Mehmet Ceyhan, Covid-19 epidemiyası şərtlərində universitetlərdə üz-üzə təhsil əvəzinə uzaqdan təhsilə ağırlıq verilməsinin daha doğru olacağını ifadə edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, professor "Mümkün qədər uzaqdan (disidant) təhsilə üstünlük vermək lazımdır. Amma bəzi sahələr var ki, məsələn; tibb fakültəsinin tələbələrini heç xəstə görmədən uzaqdan təhsillə yetişdirmək mümkün deyil. Bunlar nəzərə alınmalı, digərləri üçün internet üzərindən təhsil verilməlidir" deyə bildirib.

Prof. Dr. Ceyhan şərhində, son vaxtlar gündəlik korona yoluxmasında yaşanan artımın gözlənilən vəziyyət olduğunu söyləyib:

"Çünki bizim seçdiyimiz normallaşma üsulunda birdən-birə sürətli şəkildə tədbirləri qaldırdığımız buna rəvac verdi. Ona görə yeni, fərqli tədbirlərlə müdaxilə etmək lazımdır. Etmədikdə yoluxmanın azalma şansı yoxdur. Çünki xalqın uyğunlaşma nisbəti də gedərək azalır".

Dr. Ceyhan deyir ki, ictimai mediada "Covid-19" riski şişirdilir" fikirinə diqqət yetirmək lazım deyil:

"Hər ölkədə xəstəliklə deyil, tədbirlərlə savaşan qruplar var. Onlar da xüsusilə çətin vəziyyətdə qalmış vətəndaşlara təsir etməyə çalışır. İnsanlar çox çətin günlər keçirir, işini itirən var, iş yerini bağlamaq məcburiyyətində olan var, zərər edən var, amma bunların heç birinin səbəbi alınan tədbirlər deyil, tam tərsinə, tədbirlərin kafi olmaması və xalqın kifayət qədər qaydalara uyğunıaşmamasıdır. Ona görə insanların mütləq bunu bilməsi lazımdır, tədbir görmədən bu epidemiyanın nəzarət altına alınması mümkün deyil".

Turan

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Hakimiyyətin hekayə problemi.

SONRAKI XƏBƏR

ABŞ "Eurovision" keçirəcək