Bu ölkə Livana 50 milyonluq yardım ayırır

Bu ölkə Livana 50 milyonluq yardım ayırır

Qətər Livana 50 milyon dollar məbləğində yardım ayıracaq.

Axar.az xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Əs-Sani deyib.

“Biz Livana 50 milyon dollarlıq yardım göstərməyə borcluyuq. Bir neçə gün ərzində Beyrutun bərpa olunması ilə bağlı əlavə yardım təkliflərimizi də elan edəcəyik”, - Qətər əmiri bildirib.

Qeyd edək ki, Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb, 40-dan çox şəxs itkindir.

Mənbə: axar.az