Kondisionerlərdən düzgün istifadə qaydaları… - Otağin temperaturu kəskin dəyişərsə, nə baş verər?

Kondisionerlərdən düzgün istifadə qaydaları… - Otağin temperaturu kəskin dəyişərsə, nə baş verər?

İstər işdə olsun, istərsə də, evdə isti havalarda dadımıza çatan kondosionerlər əslində səhhətimizə ziyan vurur. Bunu bilsək də, kondisonerin verdiyi anlıq rahatlıqdan imtina edə bilmirik....

Dözülməz istilərdə evdə və digər qapalı məkanlarda istifadə etdiyimiz kondisionerlər elə ən böyük təhlükə mənbələrindən biridir. Məsələyə texniki tərəfdən yanaşsaq, kondisionerlərin içərisində nəmliyi sabitləyən , tənzimləyən xüsusi filtirlər olur. Kondisionerdən düzgün istifadə etmədikdə və ya uzun müddət təmizlənmədən istifadə olunduqda bu cihazda , yəni filtrdə bakteriya və viruslar artıb çoxalmağa başlayırlar. Bu isə həm sağlam, həm də allergik xəstəlikləri olan insanların səhhətində problemlər yaradır.

İlahə Həsənli - allerqoloq

Kondisioner soyuq hava üfürdüyü zaman filtiri təmizlənmədiyi üçün həmin bakteriyalar havaya üfürülür nəfəs alarkən həmin bakteriya ilə kontaktda oluruq və ona yoluxuruq yoluxduğumuz zaman da müxtəlif şəkildə özünü göstərir. Bu ishal, qarın ağrıları şəkilində ola bilər, və ya qrip əlamətləri angina, boğaz ağrısı və qarmarit kimi problemlərə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, kondisionerlərin filtirləri tez-tez dəyişdirilməlidir. Yaxud hava təmizləyici cihazlardan istifadə olunmalıdır. Həmçinin kondisionerlərdən istifadə zamanı otağın temperaturunu qəfil soyutmaq olmaz.

İlahə Həsənli - allerqoloq

Otağın temperaturu tədricən soyudulmalı və tədricən isidilməlidir. Bizim orqanizminin kəskin temperatur dəyişikliyinə hazır deyil. Bu da bizim immun sistemimizin aşağı düşməsinə səbəb olur. O zaman da biz orqanizmimizi bütün xəstəliklər üçün hazır vəziyyətə gətiririk. Əgər kondisionerdən istifadə ediriksə qısa-qısa aralıqlarla otaq tepmeraturunu həddindən artıq soyutmadan istifadə etməliyik.

Mütəxəsisslər bildirirlər ki, kondisionerlərdən uzun müddət istifadə həm də, asılılıq yaradır. Otaq havalı olduğu halda belə həmin kondisionerə ehtiyac duyulur. Ümumiyyətlə isə otaq temperaturunun 25-26 dərəcədə saxlanılması məsləhət görülür. Unutmayaq ki, Kondisioner bizim orqanizmimizi yox, olduğumuz məkanı sərin saxlamalıdır.

atv.az

Mənbə: www.atv.az