Türkiyəyə istirahətə getmək istəyənlərin sayı artıb - Tur paketlərin qiymətində artım nə ilə əlaqədardır?

Türkiyəyə istirahətə getmək istəyənlərin sayı artıb - Tur paketlərin qiymətində artım nə ilə əlaqədardır?

Pandemiya şəraiti ilə əlaqədar turizim shəsində olan durğunluq artıq canlanmağa başlayıb.5 aydan sonra turizim şirkətləri tur paketlər hazırlayaraq müştərilərə təklif edirlər. Daha ətraflı növbəti sujetimizdə.

Azərbaycan və Türkiyə arasında uçuşların bərpa edilməsi iki ölkə arasında turizim sahəsinin yenidən canlanmasına səbəb olub.Mart ayından sonra ilk dəfə olaraq turizim şirkətləri tur paketlər hazırlayaraq müştərilərə təklif edirlər.

Rəhman Quliyev - turizim şirkətinin nümayəndəsi

Reyslərin bərpasından sonra Türkiyədə istirahət mərkəzlərinə sifarişlər qəbul olunur.Və bizdə öz növbəmizdə insanlara,vvətəndaşlara həmin sifarişləri təqdim eliyirik tur paketləri təqdim eliyirik.Sifarişlər İstanbul üzərindən uçuşdur çünki bir başa uçuşlar Antalya Bodruma hələ ki yoxduryəni qarşı günlərdə nəzərdə tutulur açılmaqı

Turizim şirkətinin nümayəndəsi Rəhman Quliyevin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il tur paketlərin qiyməti yüksəkdir.

Rəhman Quliyev - turizim şirkətinin nümayəndəsi

Ötən illərdə İstanbulla 5 günlük paket 450-500 manat civarında dəyişirdi bu günki gündə biletlərin baha olması ilə əlaqədar otelərdə də nisbətən sosial məsafəin əsas götürərək müştəri sayı az qəbul edirlər bu baxımdan qiymətlər 800-900 manatdan yuxarı çıxır.Antalya,Bodrum.Quş adası istiqamətinə isə yəni tur paketlər isə İstanbul üzrəindən uçuş həyata keçirildiyindən bunlarda 1350 manatdan başlayan qiymətlər mövcuddur.

MƏTN:Turizim Asossasiyasın sədri Əhməd Qurbanov bildirir ki, tur paketlərin baha olmasının əsas səbəbi pandemiya şəraitindən irəli gəlir.

Əhməd Qurbanov- Turizim Asosassiyasının sədri

Qiymətlərin qalxması bilavaitə pandemiyanın gətirdiyi əlavə xərclərdən ibarətdir yani həm yerli otellərimizdə də biz bunu müşahidə eliyirik eyni zamanda xarici otellərdə də virusdan qorunmaq üçün müəyyən əlavə xərclər tələb edən məslələr var. Yanı bu otellərdə msələn otaqların dizinfeksiya məsələləridir ki, əvvəl buna çox da riayət olunmurdusa indi bir başa otaqların yəni müştəri çıxdıqdan sonra növbəti müştəriyə satılana qədər dizinfeksiya işləri davam edir və bu da müəyyən bir vaxt alır

Turizm şirkətlərindən bildirildi ki, Istanbula hava reysinin bərpasından sonra hər gün onlrla turpaket sifariş edilir. Digər istiqamətlərə turpaketlərin tərtibi isə uçuşların bərpasından aslıdır.

atv.az

Mənbə: www.atv.az