Karantin şəraitində toy - Qadağalar qovuşmalarına əngəl ola bilmədi

Karantin şəraitində toy - Qadağalar qovuşmalarına əngəl ola bilmədi

Sıradaki süjetimiz bu gün ailə quran bir cütlük haqqındadır. Bəli karantində şəraitində evlənlən gənclər qayadalrını pozmaadan bunu ediblər. Həyatlarını ən xoş günlərini toy məclisi təşkil etməklə keçirməslər də, ən əsası bir birlərinə qovuşamağa nail oldular. Əməkdaşımız Heydər Məmmədovun süjetini izləyək.

Düz mart ayının 15-dən bəri evlərdən vağzalı sədası eşidilmir. Evlənmək istəyənlər elimizin toy kimi bir adətinə həsrət qalıblar. Lakin bu gün Talıb bəy və Türkan xanım “sevgimizə heç nə əngəl ola bilməz” deyib ailə həyatı qururlar. Təbii ki, qaydalara uyğun olaraq təmtəraqsız, sadə şəkildə.

Talıb Həsənov – bəy

Nişanlımla bu qərara gəldik, böyüklərimizlə məsləhətləşərək ki, şərt o deyil ki, toy təmtəraqlı olsun, 500-600 nəfər iştirak etsin. Əsas odur ki, ortada sevgi varsa heç bir əngəl tanımır. Pandemiyanın bitib, toy mövsümünün başlamasını gözlyən gnclərə demək istərdim ki, əgər qəbinizdə həqiqətən sevgi varsa, heç bir əngəli gözləməyin. Bizim kimi ən sadə bir şəkildə, bəylik və gəlinliklə, bir fotosesia ilə anı ölümsüzləşdirmək olar.

Arif Hüseynov – qız atası

Əsas gənclərimzidir. Biz onlarla razılaşırıq. Şərt o deyil ki, biz əvvəlki dəbdəbə ilə, 500-600 nəfərlik xeyir iş yığaq. Əsas gənclərimzidir. Gənclər razı olandan sonra... Allah gənclərimizi xoşbəxt etsin.

Heydər Məmmədov - müxbir

Onlar özəl olan bu günlərini əbədləşdirmək üçün fotosesisa da etdirirlər.

Bəlkədə onların bu addımı evlənmək istəyənlər üçün stiumul ola bilər. Lakin adət-ənənəyə uğun toy etmək istəyənlərin də arzusu başa düşüləndir. Bu zaman isə geriyə yalnız bir çarə qalır. Toyalara qoyulan qadağanın götürülməsini gözləmək. Bu gənclərə isə yalnız bir şey arzu edə bilərik. Allah xoşbəxt eləsin!

atv.az

Mənbə: www.atv.az