53 yaşlı kişi cavan oğlan kimi görünməyin SİRlərini açıqladı

Hollandiyada yaşayan 53-yaşlı Edson Brandaoya 25 yaşdan çox vermək olmur. Unilad nəşrinə müsahibədə Edson bildirib ki, heç vaxt plastik əməliyyatları etdirməyib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Edsonun sözlərinə görə, onun cavanlığının sirri aktiv şəkildə idmanla məşğul olmaqda və düzgün qidalanmaqdadır. Belə ki, hollandiyalı çoxdan qızardılmış və konservləşdirilmiş qidalar və şəkərdən tam imtina edib. Həmçinin o, gün ərzində 2 litrə qədər su içir.

Edson əlavə edib ki, heç vaxt siqaret çəkməyib və narkotik maddələrdən istifadə etməyib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib

SONRAKI XƏBƏR

İt anasız qalan buzova süd verir - VİDEO