Qazaxıstanda koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşdı

Qazaxıstanda koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Son bir gündə Qazaxıstanda 741 koronavirus infeksiyası aşkar edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə əməliyyat qərargahından bildirilib.

Mənbə bildirir ki, yoluxanlardan 340 nəfərdə klinik təzahürlər olmayıb.

Beləliklə, pandemiyanın başlanmasından bəri ölkədə ümumilikdə 99.442 koronavirus infeksiyası tapılıb.

KONKRET.az

Mənbə: konkret.az