Azərbaycanda avtomobil yolu keçən iki nəfəri vurdu - VİDEO

Azərbaycanda avtomobil yolu keçən iki nəfəri vurdu - VİDEO

Sumqayıtda minik maşını yolu keçən iki piyadanı vurub.

Baku TV xəbər verir ki, qəza şəhərin Sərvər Bədəlbəyli küçəsində baş verib.

“Opel” markalı avtomobil yolu keçmək istəyən iki nəfəri - 23 yaşlı Sabir Quliyevi və 22 yaşlı Elnur Fərzəliyevi vurub.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

Mənbə: www.oxu.az