Ermənistanda son gündə 23 nəfər COVID-19-a yoluxdu – 5 xəstə öldü

Ermənistanda son gündə 23 nəfər COVID-19-a yoluxdu – 5 xəstə öldü

Ermənistanda koronavirusun yayılması getdikcə azalır, lakin ölkə hakimiyyəti vaxtaşırı vətəndaşları epidemiya əleyhinə standartlara ciddi əməl etməyə çağırır. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb. Hazırda koronavirus infeksiyası hallarının sayı 40 433-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Müqayisə üçün qeyd edək ki, 8 avqust tarixində 40 410 belə hadisə olub.

Beləliklə, gündəlik artım 23 nəfər təşkil edib. Bu, uzun müddətdir ki, rekord göstəricidir.

Ümumilikdə Ermənistanda koronavirusun ağırlaşmasından 796 nəfər ölüb (son bir gün ərzində 5 nəfər). Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 228-dir (son bir gündə ölən yoxdur).

İnfeksiyadan sağalanların sayı 32 616 nəfərdir. 6 793 nəfər müalicə altındadır. Keçirilən testlərin ümumi sayı 176,354-dir.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejimi mövcuddur. Məcburi maska ​​rejimi tətbiq olunub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az