Sosial müdafiəyə ehtiyacı olanlar peşə məktəblərində dövlət hesabına təhsil alacaqlar

Sosial müdafiəyə ehtiyacı olanlar peşə məktəblərində dövlət hesabına təhsil alacaqlar

Bakı, 10 avqust, AZƏRTAC

Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III dərəcə əlilliyi olan şəxslər dövlət peşə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, həmçinin şəhid ailəsinin üzvləri və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər də dövlət büdcəsinin vəsaitləri hesabına təhsil alacaqlar.

Mənbə: azertag.az