Rusiya Türkiyə kurortlarına aviareysləri bərpa edir

Rusiya Türkiyə kurortlarına aviareysləri bərpa edir

Eastnews.org-un verdiyi xəbərə görə, bu gündən etibarən Rusiya mart ayının sonlarında pandemiya səbəbiylə dayandırılan Türkiyənin kurort şəhərlərinə uçuşları bərpa edir.

İlk reyslər Moskva, Sankt-Peterburq və Rostov-Dondan Antaliyaya həyata keçiriləcək.

Şeremetova hava limanından “Rossiya” aviaşirkətinin təyyarəsi, Pulkovo haval limanından “Nordwind” şirkətinin təyyarəsi, Rotsov-Dondan isə “Azur Air” şirkətinin təyyarəsinin uçuşları həyata keçirəcəyi qeyd edilir.

Xatırladaq ki, avqustun 1-də Ankara və İstanbula uçuşlar başlanıb, Antaliya, Bodrum və Dalaman şəhərlərinə uçuşlar 10 avqustdan etibarən bərpa ediləcək. Ondan çox Rusiya və üç Türkiyə aviaşirkəti bir neçə gün ərzində fəailiyyətə başlayır.

 

Qeyd edək ki, Türkiyə aviasiya orqanlarının tələbi ilə bütün şirkətlər koronavirus şübhəsi olan sərnişinləri, əsasən sağ tərəfdəki son iki sıra oturacaqları təcrid etmək üçün təyyarələrdə yer ayırmalıdırlar. Daşıyıcılar jurnal və digər çap materiallarını qabaqdakı oturacaqların cibindən çıxarmalıdır.

Mənbə: TASS

Mənbə: eastnews.org