Bu şəxslərə təhsil ödənişli olacaq - Röyal Yolçuzadə

Bu şəxslərə təhsil ödənişli olacaq - Röyal Yolçuzadə

Peşə təhsili müəssisələrinə 9 və 11 illik təhsil bazalarını bitirənlərə uyğun olaraq ixtisaslar bölünüb.

Teleqraf.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin Baş məsləhətçisi Röyal Yolçuzadə peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, peşə təhsili müəssisələrində ödənişsiz təhsil alan şəxslər ikinci dəfə ödənişli əsaslarla təhsil alacaqlar:

"Qeydiyyat prosesində sənədi təsdiqləmək üçün şəxsə 2 dəfə bildiriş göndərilir. Sənəd təsdiqləndikdən sonra orada dəyişiklik etmək mümkün olmayacaq. Müsabiqədən uğurla keçən şəxslər üçün müəssisədə qeydiyyat prosesi sıxlıq olmaması üçün növbəli şəkildə həyata keçiriləcək".

Röyal Yolçuzadə qeyd edib ki, qəbulun ikinci mərhələsi barədə indi proqnoz vermək mümkün deyil:

"Əgər vakant yerlər qalacaqsa, qəbul sentyabrda baş tutacaq. Bu halda ictimaiyyətə məlumat veriləcək".

 

Mənbə: teleqraf.com