İyul ayında sirkə turşusu içənlərin sayı artıb - RƏSMİ

İyul ayında sirkə turşusu içənlərin sayı artıb - RƏSMİ

İyul ayında sirkə turşusundan zəhərləndiyi üçün 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Amma bu hadisələrdən ölüm faktı qeydə alınmayıb.

Bu barədə Lent.az -a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, may ayında sirkə turşusundan zəhərlənən 3 nəfərdən biri dünyasını dəyişib. İyunda isə bu vasitədən zəhərlənən iki nəfər olub ki, ölüm baş verməyib.

 

 

Mənbə: lent.az