Şıx çimərliyi: əvvəl və sonra

Şıx çimərliyi: əvvəl və sonra

Şix çimərliyinin bir hissəsinin abadlaşdırılması ilə bağlı paylaşılan müqayisəli fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Open.az xəbər verir ki, paylaşımı Saleh Nəsirov adlı istifadəçi edib.

O qeyd edib ki, hər iki foroda eyni ərazi olsa da, fərqli mənzərə var:

“Yuxarıdakı şəkil: xaos, bardak, tərbiyyəsizlik, mədəniyyətsizlik, hörmətsizlik, cahillik və antisanitariya, aşağıdakı şəkil: cənnət.

Bu şəkil sübüt edir ki, əgər yanaşma və həll düzgündürsə, istənilən problemi aradan qaldırmaq mümkündür. Hər yerdə və sahədə qayda-qanun, nəzarət və düzgün idarəetmə olsa, yer kürəsi cənnət olar. Əks halda – xaos!”

S.Nəsirov çimərliklərlə bağlı təkliflər də verib.

Təklifə görə, çimərliklərdə zibil atanlara cərimə xəbərdarlığı lövhələri yer almalı, təhlükəsizlik kameraları quraşdırılmalı, FHN xilasedicələri və nəzarətçiləri, təcili tibbi məntəqələr olmalıdır.

Bundan başqa, avtodayanacaqla dəniz sahili arasındakı məsafə minimum 50-100 metr olması və avtomaşınla sahilə giriş gəti qadağan edilməsi də təklif olunur.

Həmçinin skuterlər və qayıqlar üçün ayrıca pirslər yaradılması və onların çimərliklərə girişinin qadağan olması, qaydaları pozan şəxslərin cəzalandırılması da təkliflər sırasındadır.

Mənbə: open.az