Sabunçu rayonunda ev yanıb

Sabunçu rayonunda ev yanıb

Bakı, 10 avqust, AZƏRTAC

Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 48 kvadratmetrlik hissəsi yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan bölmələri evin qalan hissəsini yanğından mühafizə ediblər. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az