Soyğunçuluq etməkdə şübhəli bilinən Naftalan şəhər sakini saxlanılıb

Soyğunçuluq etməkdə şübhəli bilinən Naftalan şəhər sakini saxlanılıb

Bakı, 10 avqust, AZƏRTAC

Abşeron rayonu ərazisində soyğunçuluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, C.Ağaverdiyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Naftalan şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məmmədov Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az