Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.

Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman hər hansı bir faiz tutulmayacaq.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Təhlükəli plan: “Ermənistan buna əl atsa, Qarabağda Rusiya-Türkiyə toqquşması...” – Müsahibə

SONRAKI XƏBƏR

Almaniyanın Xarici İşlər naziri Livana səfər edəcək