Küveyt yarım milyondan çox əcnəbini ölkədən çıxarır

Küveyt yarım milyondan çox əcnəbini ölkədən çıxarır

Küveyt hökuməti yarım milyondan çox xarici işçini əmək bazarında balanssızlığı və onların ölkənin demoqrafik quruluşuna təsirini aradan qaldırmaq üçün deportasiya etməyi planlaşdırır. Azvision.az xəbər verir ki, bunu Küveytin İqtisadiyyat naziri Məryəm əl-Aqil bəyan edib. Onun sözlərinə görə, hazırlanmış plan məsələnin qısa, orta və uzun müddətdə həllini nəzərdə tutur.

Əl-Aqil qeyd edib ki, qısa müddətli həll yolu 360 min xarici işçinin deportasitasını əhatə edir. Onlardan 120 mini qeyri-qanuni işçidir, 150 min nəfər xroniki xəstəlikləri olan və ya 60 yaşdan yuxarı olanlardır, 90 min nəfərin isə ixtisası, ümumiyyətlə təhsili yoxdur.

Nazirin fikrincə, orta və uzunmüddətli həllərə rəqəmsal dəyişdirmə, özəl və dövlət sektorlarında texnoloji xidmətlərin göstərilməsi daxildir. Həmçinin özəl sektorda 160 min iş yerinin ixtisarı planlaşdırılır.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az