Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO

Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO

Məşhur ispan matador Enriki Pons buğa döyüşü zamanı qılıncı ilə vurduğu heyvanın hücumuna məruz qalıb.

Moderator.az xəbər verir ki, 48 yaşlı matador "El Puerto de Santa Maria" stadionunda buğaya son zərbəni vurmaq üçün rinqə girib. Bu zaman buğa onu sürətli şəkildə çevirərək yerə vurub.

Baş verənlərədən sonra buğanın öldürüldüyü və matadorun ikinci buğanı öldürmək üçün hərəkətə keçdiyi bildirilib.

İspaniya mediası matadorun ciddi şəkildə yaralanmadığını, sadəcə diz qapaqlarında yırtıq və göyərmə olduğunu açıqlayıb.

Mənbə: moderator.az