Təhlükəli peşələrin siyahısı açıqlandı

Təhlükəli peşələrin siyahısı açıqlandı

Bu xəstəliklər fiziki yüklənmə, kimyəvi maddələrdən zəhərlənmə və sənaye aerozollarına məruz qalma nəticəsində yaranır

BAKI, 10 avqust — Sputnik. "Rostpotrebnadzor" 2019-cu ildə sağlamlıq üçün zərərli olan peşələri açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mədən sənayesi işçiləri arasında daha çox peşə xəstəlikləri müəyyən edilib.

Belə ki, qeydiyyata alınmış hallardan 46,9 faizi bu sektorun payına düşür.

İkinci yeri emal sənayesi sahəsi (29,9%) tutur, ardınca nəqliyyat və anbar sahələri (10,5%), həmçinin tikinti (3,6%) sahələri gəlir.

Digər peşə xəstəlikləri (3,5 faiz) ovçuluq, balıqçılıq, kənd təsərrüfatı və meşə təsərrüfatında çalışanlarda qeydə alınır.

Qurumun məlumatına görə, işçilər daha çox xroniki bronxit, eşitmə qabiliyyətinin zəifləməsi, əsməcə və radikulit xəstəliklərindən əziyyət çəkirlər.

Bu xəstəliklər fiziki yüklənmə, kimyəvi maddələrdən zəhərlənmə və sənaye aerozollarına məruz qalma nəticəsində yaranır.

Bir müddət əvvəl isə mütəxəssislər qadın ürəyi üçün təhlükəli olan peşələri açıqlayıblar. Siyahıda birinci yeri səhiyyə sektoru tutub.

Mənbə: sputnik.az