Anası ölən danaya it sahib çıxdı - VİDEO

Anası ölən danaya it sahib çıxdı - VİDEO

Türkiyənin Tunceli vilayətində itin, anası ölən inək balasını əmizdirməsi görənləri çaşqına çevirib.

Moderator.az xəbər verir ki, dananın sahibi Sərdar Dəmirin inəyi doğuş zamanı ölüb. Bundan sonra anasız qalan danaya qanqal cinsi bir çoban iti analıq etməyə başlayıb.

Sahibi dananın acdığı zaman itin yanına gəldiyini, doyduqdan sonra da yerinə getdiyini söyləyib. Dəmir bundan başqa 2 pişiyinin də dananı tək qoymadığını deyib.

Kamran

Mənbə: moderator.az